18 Oktyabr 2024 07:10

Gürcüstan istehlak etdiyi qazın 70,2 faizini Azərbaycandan alır

Azadsöz.az xəbər verir ki, Gürcüstan istehlak etdiyi qazın 70,2 faizini Azərbaycandan alır.

Gürcüstan 2022-ci ilin 7 ayında 237,331 milyon dollar həcmində təbii qaz alıb. Bu il isə idxal olunan təbii qazın həcmi 280,423 milyon dollar təşkil edib.

Gürcüstan istehlak etdiyi qazı Azərbaycandan və Rusiyadan alır.

Gürcüstanın bu il Rusiyadan idxal etdiyi qazın həcmini 154,6 faiz artıb, Azərbaycandan idxal isə 4 faiz azalıb.

Belə ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan Rusiyadan 83,541 milyon dollar dəyərində qaz alıb, ötən ilin eyni dövründə bu, cəmi 32,809 milyon dollar olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 196,881 milyon dollar həcmində qaz alıb. Keçən il isə bu rəqəm 204,522 milyon dollar olub.

grandpashabet alefbahis istanbul travesti