Azadsöz.az xəbər verir ki Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.
Bu barədə Xidmətin mətbuat xidmətindən bildiriblər.
Qəbələ, Qax, Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.
Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.”