25 Noyabr 2024 16:42

Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Rəhimov vəfat edib.

Futbolçu 34 yaşında uzun sürən xəstəlikdən sonra Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul