Azadsöz.az xəbər verir ki, Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi – “Georgian Wings” beynəlxalq uçuşlara başlamağa hazırlaşır. Onun ilk uçuş istiqaməti Azərbaycan olacaq.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.
İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan “ATR-72” markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək.