25 Noyabr 2024 17:31

Prezidentin təsdiqlədiyi bələdiyyələrlə bağlı qanunda Göyçay rayonu üzrə kəndlərin bələdiyyələridə daxildir-SİYAHI

Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

Dövlət başçısının təsdiqlədiyi  paytaxt və  bölgələr  üzrə birləşən bələdiyyələrin qanun siyahısında Göyçay rayonunun kəndlərinin bələdiyyələridə  yer  alıb.

Birləşən bələdiyyələr aşağıdakılardır:

Göyçay rayonu üzrə:

1. Alxasava, Aşağı Qaraməryəm və İnçə bələdiyyələrinin əhatə etdiyi Alxasava, Aşağı Qaraməryəm, Dövranlı və İnçə kəndlərində İnçə bələdiyyəsi;

2. Alpout, Bəydövül, Mırtı və Şəkər bələdiyyələrinin əhatə etdiyi Alıkənd, Alpout, Bəydövül, Qaraxıdır, Mırtı, Şəkər və Veysəlli kəndlərində Şəkər bələdiyyəsi;

3. Cəyirli, Kürdşaban və Qızılağac bələdiyyələrinin əhatə etdiyi Cəyirli, Kürdəmiş, Kürdşaban, Qızılağac, Qubadlı Şıxlı, Mollahacılı, Şəkili, Türkmən və Yenikənd kəndlərində Cəyirli bələdiyyəsi;

4. Çaxırlı və Məlikkənd bələdiyyələrinin əhatə etdiyi Çaxırlı, Məlikkənd, Şıxbəy və Şıxəmir kəndlərində Çaxırlı bələdiyyəsi;

5. Ərəbcəbirli və Şəhadət bələdiyyələrinin əhatə etdiyi Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Qarabağlar, Mirzəhüseynli və Şəhadət kəndlərində Ərəbcəbirli bələdiyyəsi;

6. Qaraman, Ləkçılpaq və Yalman bələdiyyələrinin əhatə etdiyi Qaraman, Ləkçılpaq və Yalman kəndlərində Ləkçılpaq bələdiyyəsi;

7. Mallı Şıxlı, Müskürlü və Yeniarx bələdiyyələrinin əhatə etdiyi Ərəbşahverdi, Hacıağabəyli, Xəlitli, Qəbələ Müskürlü, Mallı Şıxlı, Müskürlü və Yeniarx kəndlərində Yeniarx bələdiyyəsi.

Səbuhi Eltonlu

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul