Azadsöz.az xəbər verir ki, hərbi tapşırıqları yerinə yetirən könüllülər Rusiya dövlət bayrağı önündə and içməli olacaqlar.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin fərman imzalayıb.
Sənədə əsasən, söhbət könüllü birləşmələrin üzvlərindən və orduya tapşırıqların yerinə yetirilməsində köməklik göstərən və xüsusi hərbi əməliyyatda iştirak edən digər şəxslərdən gedir. Bundan əlavə, hərbi vəziyyət dövründə Zaporojye vilayətindəki “Oxrana” xüsusi təyinatlı mərkəzinin və regionlarda yaradılmış bu kimi digər dövlət müəssisələrinin əməkdaşları da normaya tabedir.
Həmçinin, ərazi müdafiəsinə cəlb olunan vətəndaşlar da and içməli olacaqlar.