20 Sentyabr 2024 04:43

Ömər aşırımında ağır qəza – Türkiyə vətəndaşları həlak oldu

Azadsöz.az xəbər verir ki, Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik maşını idarəetmənin itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Dər.hal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır. Onların Türkiyə vətəndaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com