20 Sentyabr 2024 03:56

Azərbaycan-Özbəkistan münasibətləri  Türk dünyasının birliyinə əhəmiyyətli töhfədir

Azadsöz.az xəbər verir ki,  avqustun 22-də Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Həmin gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan-Özbəkistan əlaqələri son illər yeni çağırışlara uyğun şəkildə inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Özbəkistanı qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Ən önəmli məqamlardan biri isə əlbəttə ki, xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrlə yanaşı Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması üçün atılan addımlardır. Bu münasibətlərin möhkəmlənməsi isə təbii ki, Türk dünyasına verilən böyük töhfələrdən biridir.

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də xüsusi rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana 3 dəfə səfər etməsi Azərbaycan prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Təbii ki, hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri böyük olmuşdur. Bu gün xalqlarımız arasında yenilməz dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafı məhz bu varislik prinsipləri əsasında həyata keçirilən uğurlu siyasətin davamıdır.

Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında da bu mühüm məqamları bir daha xatırladaraq Azərbaycan və Özbəkistanın iki yaxın qardaş, dost ölkə olaraq bundan sonraki münasibətlərin inkişafının uğurla davam etdiriləcəyi qeyd olundu. İki dost ölkənin prezidentlərinin təkbətək və geniştərkibdə keçirilən görüşlər, səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” xüsusi qeyd olunmalıdır. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir.

Özbəkistan Respublikasının prezidentinin ölkəmizə səfəri həm də məhsuldarlığı ilə yadda qaldı. İki ölkə arasında imzalanan sənədlər, o cümlədən “Azərbaycanla Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”nin imzalanması qardaşlıq münasibətlərini və gələcək uğurların hərəkətverici qüvvəsinə çeviriləcəkdir.

Liderlərin Füzuli rayonuna səfəri, işğaldan azad olunmuş tarixi şəhərimizdə MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş, şəhərin Baş Planı ilə tanışlıq və Özbəkistanın maddi dəstəyi ilə burada inşa olunan Mirzə Ulukbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı iki dövlət arasında sağlam və səmimi dostluq münasibətlərinin daha bir göstəricisidir. Bu məktəbin tikintisi Qarabağın bərpasına xarici dövlətlərin Özbəkistanın simasında ilk hədiyyəsidir. Bunu ilk olaraq Özbəkistan etdi və biz bu qardaşlıq jestini çox yüksək dəyərləndiririk. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaqdır.

Beləliklə, Özbəkistan prezidentinin bu səfəri ölkələrimiz arasında münasibətlərin tarixində tamamilə fərqli, olduqca əhəmiyyətli və yaddaqalan səhifə açaraq Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələdə konturlarını təqdim etdi.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com