20 Sentyabr 2024 01:44

Bu il 90 uşaq övladlığa verilib

Azadsöz.az xəbər verir ki,   2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunub.

Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com