Azadsöz.az xəbər verir ki, Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
Bu barədə “Gray Zone” teleqram kanalı məlumat yayıb..
“Mash” teleqramı isə qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.
“Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü parrtlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub” – məlumatda vurğulanıb.