20 Sentyabr 2024 07:35

Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Azadsöz.az xəbər verir ki,  Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com