Azadsöz.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin maqnitudası 5-ə yaxındır.
Məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan, Göyçay və Saatlıda zəif hiss olunub.
Azərbaycanda “Android” sistemli smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib.
Zəlzələnin Bakıdan təxminən 190 km uzaqlıqda Rixter şkalası ilə 5.5 bal gücündə olduğu bildirilir.