Azadsöz.az xəbər  verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-də Bakıya gəlib. 

Səfər proqramına uyğun olaraq, ölkə liderlərinin Bakıda dar və geniş tərkibdə görüşləri baş tutacaq.

Füzuli və Şuşa şəhərlərinə birgə səfər, dövlət başçılarının iştirakı ilə digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.