Azadsöz.az xəbər verir ki, mal ətinin qiyməti yenidən artıb. Hazırda mal ətinin bir kiloqramı 14-16 manat arasında təklif olunur.
Satıcılar “Xəzər Xəbər”ə deyiblər ki, bir həftə ərzində qiymətdə 50 qəpik – 1 manat artım olub.
Satıcılar həmçinin bildiriblər ki, heyvanı baha aldıqlarına görə, baha qiymətə də satırlar.
Bahalaşma mal içalatında da özünü göstərir.
O da bildirilib ki, bir həftə ərzində mal ətinin qiymətində artım olsa da, bahalaşma hələ ki, qoyun ətinə təsir etməyib.
Ətraflı videomaterialı təqdim edirik: