19 Sentyabr 2024 21:12

”Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” adlı dəyirmi masa keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, 18 avqust 2023-cü il tarixdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay Tarix-Diyarşünaslıq Muzeyində”Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığına qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə”Narkomaniya qarşı mübarizə sağlam həyata təminatdır” dəyirmi masa keçirilib.

Tədbirdə Göyçay rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi polis mayoru Şahin Xalidov,Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov,Göyçay rayon mühafizə polisinin əməkdaşları,Azadsöz.az saytının xüsusi müxbiri Gülşən Muradova Göyçay rayon Gənclər Evininin fəalları,Göyçay rayon Rəsul Rza Ev Muzeyinin və Mərkəzi Kitabxana Sisteminin əməkdaşları iştirak edirdilər.

Tədbiri açıq elan edən muzeyin direktoru Gülçin Babayeva narkotik maddələrdən istifadənin risk amillərindən, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirlərindən ,narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib.

Daha sonra polis mayoru Şahin Xalidov çıxışında bildirib ki, narkomaniyanın təhlükəli tərəfi ondan ibarətdir ki, narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir,durmadan artır.Ona göre də, onunla mübarizə aparmaq polis əməkdaşlarının ən mühüm vəzifəsidir.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov çıxış edərkən bildirib ki,cəmiyyətə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır, bu bəlanın qarşısını almaq üçün biz həkimlərin də üzərinə böyük vəzifə düşür. Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olundu.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com