Azadsöz.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.
Bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
“Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi istiqamətində Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, – məlumatda qeyd olunub.