Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu “Facebook” hesabında yazıb. 

O,  paylaşımında, “Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, – sözlərini qeyd edib. 

Qeyd edək ki, İsə Razim oğlu Orucov 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  “Cəsur döyüşçü” medalları  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.