Azadsöz.az xəbər verir ki, avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 35-39° olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Havanın temperaturu gecə 22-26°, gündüz 36-41°, dağlarda gecə 16-21°, gündüz 26-31° olacaq.