Azadsöz.az xəbər verir ki, bir qrup rusiyalı diplomat Moldovanın paytaxtı Kişinyov şəhərini tərk edib.
Bu barədə Moldova XİN-in sözçüsü İqor Zaxarov məlumat verib.
Zaxarovun sözlərinə görə, bu gün səhər Rusiyanın Moldovadakı səfirliyinin diplomatlarından və texniki işçilərindən ibarət heyət Kişinyovu tərk edib.
Bildirilib ki, ötən ay Moldova Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirliyinin işçilərini ixtisar etmək qərarına gəlib. Qərara əsasən, 22 diplomat, 23 texniki işçi ailələri ilə birlikdə 15 avqusta qədər Kişinyovu tərk etməli idi.
Onların ölkədən çıxarılmasına səbəb kimi, səfirliyin Moldovaya qarşı diplomatik fəaliyyətlə bağlı olmayan çoxsaylı qeyri-dost hərəkətləri, eləcə də ölkədə sabitliyi pozmaq cəhdləri göstərilmişdi.