30 Noyabr 2024 10:33

Ağ Evin qara işləri – ABŞ riyakarlığı

Azadsöz.az  xəbər verir ki,  qlobal çağırışlar, yeni dünyanın qurulması cəhdləri, baş verən savaşlar belə anlaşılır ki, ABŞ-ın xarici siyasətində yeni perspektivlərə hesablanıb. Növbəti mərhələdə gələcək dünya siyasətinin formalaşması ilə bağlı yeni strategiyaların hazırlanmasına start verən Amerika, ağına-bozuna baxmadan hansı bölgəyə əl qoyursa oranı toz-dumanında boğmaq, kor etmək barədə düşünür.

Tarixə nəzər salsaq görərik ki, ABŞ bu zamana kimi hansı ərazilərə barmaq uzadıbsa, oradan qan-qada əskik olmayıb. Bu baxımdan ABŞ-ın xarici siyasətinə bir sıra bölgələr və ölkələrə gətirdiyi fəsadlar bucağından baxsaq, bir çox məqamlar gün kimi aydın olar.

Yaxın Şərqdəki – Əfqanıstan, İraq, Liviya, Suriya və s. coğrafiyalardakı dağıdıcı ABŞ izi indi də aydın şəkildə göz önündədir. “Təkqütblü dünya nizamı” formalaşdırmağa meyilli olan ABŞ, hökmranlığı altında olan xalqların hüquq və azadlıqlarını birdəfəlik əllərindən almaq kimi böyük “təcrübə” sahibidir. Uzun illərdir “Demokratiya”, “insan hüquqları” kimi ideyaları bir çox xalqlara sırımaqla yenə də onlardan istismarçı vasitə kimi istifadə edərək nəyinki həmən xalqlara, bütövlükdə, bəşəriyyətə qarşı yönəlmiş təhlükə mənbəyi olaraq qalmaqdadır.

Bir çox dövlətlər hər hansı bir coğrafiyaya daxil olmazdan əvvəl öncə orada öz ideologiyasını qəbul etdirməyə, onu müxtəlif yollarla, vasitələrlə insanlara həzm etdirməyə çalışırlar. Eləcə də ABŞ. Bu dövlət də hara ki, savaşla, hərbi müdaxilə ilə müdaxilə edib, orada hökmranlığını həyata keçirmək istəyirsə, ilk olaraq son illərin əsas “silahına” çevrilən, başlıca vasitələrdən biri demokratiya və insan hüquq və azadlıqları adı altında müxtəlif təşkilatların, QHT-lərin əli ilə narazı kütləni öz ətrafına cəmləşdirmək istiqamətində gizli iş aparmaqla məşğuldur.

Çox qəribədir ki, istismarçı demokratiya və insan haqları kimi cəlbedici ideyalar həmin xalqlara bir növ müxtəlif aksesuarlarla bəzədilmiş “ritmik melodiyalar” kimi təqdim olunur. Bu, necə ki, Yaxın Şərq və şimali Afrikada baş verən hadisələrə “ərəb baharı” adı verildi. Əslində, buna yerli xalqların milli düşüncələrinin manipulyasiyası da deyə bilərik. Klassik Şərqdə ola bilsin ki, kimsə demokratiyanı mənimsəməyi, bu dəyəri qəbul etməyi bəlkə də zəruri hesab etmirdi, amma bu model həmin xalqlara “ərəb baharı” kimi təqdim olunduğuna görə cəlbedici görünürdü.

Beləliklə, ABŞ olduqca bu cür cəhdlər hesabına “dəyərlər” vasitəsilə manipulyasiya edərək ölkələrin ərazilərini əslində işğal etməyi sınaqdan keçirib və “uğurlu” alınıb. Bu ölkələrin milli sərvəti olan karbohidrogen və intellektual ehtiyatlarına, eyni zamanda, əhali ehtiyatlarına nəzarəti tam ələ keçirən ABŞ indi də sərhəd tanımır və əlində imkan olsa bütün dünyanı böyük təhlükələrlə üz-üzə qoyar.

Çünki bu zamana kimi ABŞ-ın tərəfdaş ölkələrə xəyanətləri – Pakistan, Səudiyyə Ərəbistanına xəyanətlərinə şahidlik etmişik. Hansı yerləşdikləri coğrafiyalarda adıçəkilən dövlətlər ABŞ tərəfindən əsas tərəfdaş, müttəfiq, dost dövlətlər adlandırıldı. Lakin tarix göstərir ki, ABŞ üçün sadəcə maraqları var.

Necə ki, biz bunu yaxın keçmişdə Türkiyə timsalında gördük. ABŞ tərəfindən NATO üzrə müttəfiqi olan Türkiyədə FETÖ-nun əli ilə çevriliş cəhdinin arxasında da Ağ Evin dayandığı zərrə qədər də şübhə edilmir. Bu günə kimi Fətullah Güləni gizlədən, onu Türkiyəyə təhvil verməmək üçün danışmadığı yalan, çıxmadığı oyun qalmayan ABŞ açıq şəkildə özünü ifşa etmiş olur. Əgər 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevriliş cəhdinin arxasında ABŞ əli yoxdursa, niyə o zaman bu günə kimi rəsmi Vaşinqtyon Ankara ilə çoxsaylı dialoqlara rəğmən F.Gülənin Türkiyəyə təhvil verilməsindən boyun qaçırır?

Hətta Türkiyədə keçirilən son prezident seçkilərində də ABŞ-ın FETÖ-nün bütün resurslarını səfərbər edərək hakimiyyət dəyişikliyinə cəhd göstərsə də, bu cəhdi də heç bir nətcə vermədi. Təəssüflər olsun ki, Türkiyədən fərqli olaraq Ukrayna ABŞ-ın oyununun bu gün əsas qurbanıdır.

Rusiya ilə müharibə məsələsinə görə Ukraynanı kəskin addımlara təhrik edən və dəstək vəd edən ABŞ-ın hazırda bundan yayınmağa çalışması bu dövlətin əsl məğzini, məqsədini və planlarını bir daha açıq şəkildə ifşa edir. Hətta artıq Ukrayna rəsmiləri etiraf etməyə başlayıblar ki, ABŞ Ukraynanı işğalla barışmağa vadar etməyə çalışır. Necə ki, bunu ABŞ 30 illik işğal dövründə Azərbaycana qarşı edirdi. Lakin Vaşinqtonun Azərbaycanı da torpaqlarının işğalı ilə hesablaşmağa razı salmağa çalışmaq cəhdləri heç bir nəticə vermədi, nəticədə Azərbaycan dövləti, xalqı və Ordusu bir yumruq kimi birləşib nəyinki erməni işğalına son qoydu, eyni zamanda qara qüvvələrə, kənar ünsürlərə də öz iradəsini nümayiş etdirdi.

Lakin Ukrayna üçün indiki məqamda bunu demək çətin olacaq. Çünki savaş davam edir. ABŞ Ukrayna məsələsində gizli sövdələşmələrə getməyə belə hazırdır. Çünkü ona lazım olanı artıq əldə etdi, əsas rəqibi Rusiyanı uzun illər bərpa edə bilməyəcəyi iqtisadi tənəzzül, hərbi cəhətdən dirçəlməsi asan görünməyən çətin durumla üz-üzə qoydu. Bütün bunlar isə ABŞ-ın riyakar siyasətinin göstəricisidir. Ukrayna kimi qurbanlar isə dünən olub, bu gün var və sabah da olacağı istisna edilmir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul