Azadsöz.az xəbər verir ki, 2023-cü ilin iyulunda Rusiyadan Azərbaycana təşkil edilən turların qiyməti 2001-ci ilin əvvəlindən bu yana maksimuma çatıb.
Bu barədə Rusiya Federal Statistika İnstitutunun (Rosstat) məlumatında qeyd olunub.
Məlumata görə, Rusiyadan Azərbaycan, Gürcüstan və Ermənistana səfərlərin qiyməti 54,5 min rubla çatıb.
Bundan başqa, Rusiyadan Türkiyəyə turun qiyməti mütəmadi olaraq qalxaraq 2023-cü ilin yanvarında 52,1 min rubla çatıb. 2001-ci ildə isə bu rəqəm orta hesabla 11 min rubl təşkil edib.