30 Noyabr 2024 16:37

ÜST dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirdi

Azadsöz.az xəbər verir ki, iyulun 10-dan avqustun 6-dək dünyada təxminən 1,5 milyon insan koronavirus infeksiyasına yoluxub, 2,5 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 80 faiz artıb, ölənlərin sayı isə 57 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2 560 ölüm halı qeydə alınıb. ÜST-ün mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, təşkilat COVID-19-un “əsas təhlükə olaraq qaldığını” bildirib.

ÜST diqqəti koronavirusun omikron ştamının EG.5 variantının yayılmasının artmasına yönəldib. Avqustun 9-na olan məlumata görə, o, 48 ölkədə müəyyən edilib.

“Böyümə üstünlüyü və immunitetdən yayınma xüsusiyyətlərinə görə, EG.5 bəzi ölkələrdə və hətta bütün dünyada tezliyi artıra və dominant ola bilər”, – deyə qeyd olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul