Azadsöz.az xəbər verir ki, Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “X” (“Twitter”) sosial şəbəkəsində bildirib.
“Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb”, – deyə o qeyd edib.
O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.