30 Noyabr 2024 10:27

Şəkidə bələdiyyə sədri barəsində protokol tərtib olunub – FOTO

Azadsöz.az xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə, həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinə göndərilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul