Azadsöz.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Müdafiə Sənayesi Kompleksinin (OPK) əməkdar işçisi” yeni fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb.
Bununla bağlı fərman Rusiya prezidentinin rəsmi saytında dərc olunub.
“Rusiya Federasiyasının müdafiə sənayesinin əməkdar işçisi” fəxri adı təsis edilsin”, – fərmanın mətnində qeyd edilib.
Sənədə əlavə edilib ki, bu qərar dövlət mükafatı sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.