Azadsöz.az xəbər verir ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verdi.Bildirildi ki, Sərkar kənd musiqi məktəbi 2002-ci ildən 1935-cu ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Üç yüz şagird yerlik yeni məktəbin inşasına Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında Fındıkzade Escort yekunlaşıb.
Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Bina 8 ballıq zəlzələyə davamlıdır.
Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Prezident İlham Əliyevə Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində görülmüş digər işlər barədə də məlumat verildi.
Qeyd edildi ki, burada yeni salınmış park istifadəyə verilib. Parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində 6 min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.
Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.
Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.