28 Noyabr 2024 17:33

Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir – Yaşar Əliyev

Azadsöz.az xəbər verir ki, Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir.

Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib.

“Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın suveren hüququdur”, – deyə Yaşar Əliyev qeyd edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul