30 Noyabr 2024 11:41

Ana dilimizin himayədarı ŞƏRH

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”, deyən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində çox böyük xidmətləri olmuşdur.
Məlum olduğu kimi, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş və SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Təbii ki, belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq olduqca çətin idi. Dil məsələsini qabardanlar, təqib olunur, cəzalanır və Sibirə sürgün olunurdu. Lakin bütün bu çətinliklərə , qadağala baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Əlbəttə ki, bu böyük uğur, tarixi nailiyyət idi.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın istəyi, arzusu və təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ana dilimizə xüsusi olaraq önəm vermişdir. Ulu öndərin müstəqillik dövründə imzaladığı 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı, 4 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı, 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Sərəncamıları bir daha sübut edir ki, dil siyasəti ulu öndər üçün prioritet məsələ olub.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Ulu öndər Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərimiş, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması istiqamətində mühüm tapşırıqlar vermişdir. Bütün bunlar ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Ulu öndər Azərbaycan dili haqqında deyirdi “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.
Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Prezident cənab İlham Əliyev bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Ana dili siyasətini də uğurla davam etdirir. Dövlət Başçımız müasir dövrdə Ana dilimizə böyük diqqətlə yanaşır. Dövlət başçımızın müxtəlif illərdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi istiqamətində imzaladığı sərəncamları Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir.
Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

 

YAP Göyçay rayon təşkilatının sədri  Sahib Şükürov

Azadsöz.az

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul