16 Sentyabr 2024 22:59

Azərbaycan millisi Ümumdünya Gimnastradasında gücünü sınayacaq

Azadsöz.az xəbər verir ki, Niderlandın Amsterdam şəhərində Ümumdünya Gimnastradası keçiriləcək.

Bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bu məqsədlə gimnastika hamı üçün növü üzrə Azərbaycan yığma komandasının üzvləri Niderlanda yola düşüblər.

Xatırladaq ki, yarış iyulun 30-dan avqustun 5-dək keçiriləcək.