17 May 2024 10:50

Azərbaycan kinosuna ağır itki üz VERİB

Azadsöz.az xəbər verir ki, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor-aktyor Məmməd Haşım oğlu Məmmədov Rusiyanın Moskva şəhərində vəfat edib.

Bu barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş Vulkana doğru (film, 1977), Anın quruluşu (film, 1980), Bağlı qapı (film, 1981), Üzeyir ömrü (film, 1981), Gümüşü furqon (film, 1982), Asif, Vasif, Ağasif (film, 1983), Burulğan (film, 1986), Təxribat (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın qardaşıdır.