19 Sentyabr 2024 05:45

Göyçayda bu məktəblərdə alternativ qeydiyyat mərkəzi YARADILDI (FOTO)

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi ilə bağlı 1 şəhər və 6 rayonda 23 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Qeyd  olunan  bu  mərkəzlərdən  Göyçay  rayonunun   məktəblərində  də  yaradılıb.

Belə  ki,  rayonun  mərkəzində  fəaliyyət  göstərən  Rəsul  Rza  adına  1 saylı  tam orta  məktəbi, Mehman Muradov adına 4 saylı  tam orta məktəbi və N.Gəncəvi adına 7 saylı tam orta məktəbi  qeyd  etmək  olar.

Qeyd  edək  ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı “www.bq.edu.az” portalı vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com