17 May 2024 10:50

Rasim Balayevlə Şəfiqə Məmmədovanın kino ittifaqı birləşir

Azadsöz.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

Bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.

İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.