29 Noyabr 2024 20:41

Göyçayda 22 iyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə görüş KEÇİRİLDİ-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki,  22  iyul  2023-cü il  tarixdə  Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bir  qrup  media  nümayəndələrinin iştirakı  ilə  görüş  keçirilib.

Görüşdə  Azadsöz.az  xəbər  saytının  təsisçisi  və  baş  redaktoru  Səbuhi  Eltonlu, Xırdalan  informasiya  saytının   baş  redaktoru  Anar  Nağıyev, AJB-nin və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli,  “Həftəlik Azərbaycan” Media Qrupunun rəhbəri  Aqil  Mahmudov, mədəniyyət işçisi, operator Arif Heydərov, jurnalistlər- Günel İsayeva, Şahnəzər Bəşirov, Rəşad Rəşidov, Samir Cəbiyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, şəhid ataları Akif Kərimov, Ərəstun Əliyev, İlyas Nadirov, Əkbər Qaçayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin  rəhbəri  Çoşqun İsmayılov  iştirak  ediblər.

Görüş  iştirakçıları  ilk olaraq  Göyçay  Şəhidlər Xiyabanını ziyarət  edərək  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül-çiçək dəstələri düzüblər.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. 

Daha  sonra  mərasim  çay süfrəsi  arxasında  davam  edib, peşə bayramı münasibətilə tort kəsilib, təbriklər səsləndirilib.Görüşdə  çıxış  edənlər  bildiriblər ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş 22 iyul 1875-ci ildə işıq üzü görmüş “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə vəinformasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Sonra  görüş  “Bizim bağ” restoranında  davam etdirilib. 

Sonda  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov tərəfindən  12 nəfər jurnalist peşəkar fəaliyyətinə görə 22 iyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Fəxri Fərman”la təltif edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul