20 Sentyabr 2024 04:55

“Öz mahnını oxu” layihəsinin təqdimat mərhələsi keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi Sübhan Həzrətquliyevin “Öz mahnını oxu” layihəsinin Göyçay üzrə açılış və təqdimat mərasimi baş tutub.️

Həyata keçirilən təqdimatda layihə rəhbəri tərəfindən iştirakçılara müsabiqə haqqında ətraflı məlumat verilib.

Keçiriləcək mahnı müsabiqəsinin münsiflər heyəti iştirakçılara təqdim edildikdən sonra, gənclərin ifaları dinlənilib.

Qeyd edək ki, layihə Göyçay, Ağdaş və Ucar rayonlarında yaşayan, musiqi istedadı olan 18-29 yaş arası gənclərin istedadlarının üzə çıxarılmasını və onların tanıdılmasını hədəfləyir. Müsabiqədə qalib gələn ilk 3 yer mükafatlandırılacaqdır.

Onu da qeyd edək ki, layihənin həyata keçirilməsində hədəf rayonlar üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzləri və Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlıq edilir.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com