Azadsöz.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oglu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağaxan Abdullayev bundan əvvəl Goranboy RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsində çalışıb.