Azadsöz.az xəbər verir ki, dağlıq ərazilərə qar, Bakıya isə yağış yağacaq. Qeyri-sabit hava şəraiti davam edəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Dağlıq və dağətəyi bölgələrdə də qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi ehtimal edilir. Hətta bəzi ərazilərə qar yağacağı gözlənilir.”
Hava şəraitinin 19-u və 20-də normala dönəcəyi, əksər rayonlarda yağmursuz olacağı bildirilib. Həmin günlərdə havanın maksimal temperatoru aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında 19-u və 20-də 34 dərəcəyə qədər isti olacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: