30 Noyabr 2024 07:51

KOBİA-ya əlavə səlahiyyətlər verildi – FƏRMAN

Azadsöz.az  xəbər  verir  ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 18-ci bənd əlavə edilsin:

“18. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci, 50.2.1-ci və 50.5-ci maddələrində qeyd olunan lisenziyaların verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə görə qalib elan edilən yerüstü yayımçı, peyk yayımı həyata keçirən platforma yayımçısı və multipleks operatoru ilə müqavilə bağlanılması”.

2. Aşağıdakı məzmunda 32-ci və 33-cü hissələr əlavə edilsin:

32. Azərbaycan Respublikasının Audiovizual Şurası 1. audiovizual media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq

verilməsi

2. audiovizual media fəaliyyəti üzrə lisenziyanın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi

3. yerüstü yayımçının proqramlarında dövlət dilindən başqa digər dillərdən istifadə edilməsinə razılıq verilməsi

4. audiovizual media subyektinin iştirakçılarının tərkibində edilən dəyişikliyin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə əsaslandırılmış

rəyin verilməsi

5. xarici audiovizual yayımçının proqramlarının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq verilməsi

 

33. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

 

1. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi

2. çap mediası və ya onlayn media subyektlərinin, informasiya agentliklərinin Media Reyestrinə daxil edilməsi ilə bağlı müraciətin

qəbulu

3. Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsinin verilməsi

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul