30 Noyabr 2024 07:39

TƏBİB yayılan görüntülərlə bağlı açıqlama yaydı

Azadsöz.az  xəbər  verir  ki,   yayılan video ilə bağlı bildiririk ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə it dişləyən 7 yaşlı uşaq qidalanma zamanı qeyri-normal hərəkətlər nümayiş etdirir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul