30 Noyabr 2024 08:34

Ermənilər üçün yeni mərhələ: sülh, yoxsa müharibə?

Sülh sazişinin imzalanması prosesini uzatmağa çalışan İrəvan bölgədəki gərginliyin artmasına yönəlmiş addımlarından əl çəkməyərək sülh və müharibə arasında seçim etməkdə olduğunu göstərməyə çalışır.

Azadsöz.az  xəbər  verir  ki,  Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesi ilə bağlı bədbin və nikbin rəylər var. Bədbin mövqe tutanların fikrincə, Cənubi Qafqazdakı geosiyasi təsir imkanlarını artırmağa çalışan Fransa, Rusiya Federasiyası və İran özlərinə vassal hesab etdikləri Ermənistanın hakimiyyət elitalarına təsir edərək gərginliyi artırmağa çalışırlar.

Oyunçularının hərəsinin öz mövqeyi var.

Fransa Ermənistana “tam dəstək” adlandırdığı yanlış mövqeyi ilə Azərbaycanla Türkiyəyə təsir göstərmək, danışıqlarda vasitəçi statusunu bərpa etmək və bu minvalla bölgədə yeni geosiyasi konfiqurasiyaya nail olmağa can atır.

Rusiya Federasiyası Ermənistan cəmiyyətinə və xüsusilə də hakimiyyət dairələrinə təsir imkanlarının minimuma endiyinin fərqində olduğundan qarabağlı ermənilərə, daha doğrusu, Xankəndindəki separatçı rejimə “stavka” etmək və bu şəxslərdən həm İrəvana, həm də Azərbaycana qarşı təzyiq alətləri qismində yararlanmaq niyyətindədir.

Moskvanın strateji məqsədi 2025-ci ildə RSK-nın Azərbaycan ərazisindən çıxarılmasını şərtləndirən məqamları aradan qaldırmaq və sülhməramlıların mümkün qədər uzun müddətdə qalmasını təmin etməkdir.

İrana gəldikdə isə, cənub qonşumuzun istəklər məcmusu bəlli: Ermənistan Tehrana yalnız və yalnız bölgədə geosiyasi mövcudluğunu möhkəmləndirmək, yeni rıçaqlar əldə etmək üçün gərəkdir. İrəvanın siyasi və iqtisadi potensialı Tehranın siyasi elitalarına əla məlumdur – ermənilər İran üçün ən yaxşı halda müəyyən zaman kəsiyində istifadə edilən alətdir, vəssəlam.

Bölgəyə və xüsusilə də sülh danışıqları prosesinə aktiv müdaxilə etməyə çalışan güclərin səylərinə rəğmən, Azərbaycan qarabağlı ermənilərin reinteqrasiya prosesinə başlayacaq və uğurla başa vuracaq.

Avropa İttifaqı Siyasi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlar, xüsusilə də Mişelin yekun bəyanatı bir sıra səbəblərdən ermənilərlə yanaşı, Fransanı, Rusiya Federasiyasını və İranı narahat edib.

Belə ki, ən önəmli məsələ Şarl Mişelin, yəni Avropa İttifaqının yekdil və birmənalı şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaıdır. Üstəlik, qarabağlı ermənilərin ərzaq, yanacaq, dərman preparatları, gündəlik tələbat malları və s. tələbatlarının artıq Ermənistan vasitəsilə, Laçın yolu ilə yox, Ağdam rayonundakı anbarlar vasitəsilə təmin edilməsi təklifi ilə Avropa İttifaqı tam razıdır.

Xankəndindəki terrorçu rejim qarabağlı ermənilərin taleyinin artıq həll olunduğunu etiraf etmək istəmir: onların problemi Azərbaycanın daxili işidir və bütün məsələlər Bakı ilə birbaşa dialoq vasitəsilə çöcülməlidir, çözüləcək də.

Qarabağlı ermənilərlə məsələ artıq praktiki və faktiki olaraq həll olunub. Hansısa üçüncü dövlətin və ya beynəlxalq təşkilatın müdaxiləsi, “qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı üçün” aberrativ, efemer “beynəlxalq mexanizm”lərin yaradılmasından da söhbət belə, gedə bilməz.

Xankəndindəki separatçı rejim siyasi və fiziki sonunun çatdığını hiss etdiyindən indi konvulsiyalardadır.

Ermənistanın baş naziri Nikol Paşhinyan idarə etdiyi ölkənin ərazisinin 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olduğunu bəyan edib.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasına gəldikdə isə, İrəvan 1991-ci ildə imzalanmış “Alma-Ata Bəyannaməsi”nənə birmənalı sadiqliyini dəfələrlə bəyan edib.

Şarl Mişelin “Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır: Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır” açıqlamasına gəldikdə, Zəngəzuro dəhlizi layihəsinin nəzərdə tutulduğu şübhə doğurmur.

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına gəldikdə isə, “yol xəritəsi” artıq hazırdır. Maksimum bir ildə başa çatdırılması nəzərdə tutulan proses 4 mərhələdən ibarətdir:

1. Qarabağlı ermənilərə Azərbaycan pasportunun verilməsi, onların bütün sənədlərinin dəyişdirilməsi

2. Hazırda RSK-nın nəzartəində olan ərazilərdə ödəniş vasitəsi qismində Azərbaycan manatının dövriyyə buraxılması

3. RSK-nın yerləşdiyi ərazilərdəki erməni silahlı dəstələrinin tamamən, total tərksilah edilməsi və ləğvi

4. Xankəndindəki separatçı rejimin ləğvi, Azərbaycanın müvafiq dövlət qurumlarının fəaliyyətə başlaması.

… Ermənistan sülh, ya yeni müharibə seçməkdə olduğunu bəyan edir.

Halbuki çıxış yolu, sadəcə, birdir…

Ankara escort İstanbul Travesti Shemale İstanbul