16 Sentyabr 2024 22:51

MİQ üzrə sonuncu imtahanlar keçirilir

Azadsöz.az xəbər verir ki, iyulun 15-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına biologiya üzrə 2 121, texnologiya üzrə 2 576, alman dili üzrə 193, rus dili üzrə 886, rus dili və ədəbiyyat fənni üzrə isə 336 namizəd dəvət olunub.

Belə ki, 11 iyuldan start verilən imtahanların bu gün sonuncu günüdür. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsində əsas məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Qeyd edək ki, cari ildə MİQ vasitəsilə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.