Azadsöz.az xəbər verir ki, 15 iyul 2023-cü il tarixdə Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Aksiya zamanı xüsusi texnika cəlb olunaraq Göyçay çayının sahili kol-kosdan, daş və digər tullantı parçalarından, plastik qablardan, polietilen torbalardan və məişət tullantılarından təmizlənib, torbalara yığılaraq təmizlik maşını vasitəsilə ərazidə daşınıb.
Keçirilən iməclik tədbirində Göyçay Şəhər Təsərrüfatı Birliyinin, Göyçay bələdiyyəsinin əməkdaşları fəal iştirak edibdir.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Səbuhi Eltonlu
Xüsusi müxbir: Gülşən Muradova
Müxbir:Zəka Nağıyev