Azadsöz.az xəbər verir ki, Atlantik okeanında batan “Titan” sualtı gəmisi qəzasına ev sahibliyi edən “OceanGate Expeditions” şirkətinin sosial media hesabları və veb saytı bağlanıb.
“OceanGate Expeditions”ın “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn” hesabları var. Onlarada giriş etmək mümkün deyil.
Şirkətin internet saytında daha əvvəl araşdırma və kommersiya fəaliyyətini dayandırdığına dair bildiriş yerləşdirilmişdi.
Qeyd edək ki, iyunun 19-da “Titanik”in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı gəmisi ilə əlaqə kəsilib. Üç gündən sonra “Titan”ın qalıqları aşkar edilib. Bütün ekipaj üzvlərinin milyonçu olduğu gəminin sərnişinlərinin hamısı bu səfər zamanı həlak olub.