Azadsöz.az xəbər verir ki, keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılovun DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi ilə bağlı iddialar öz təsdiqini tapıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti sorğusuya cavab verərək, məlumatı təsdiq edib.
Qeyd edək ki, həmin idarənin rəis müavini olan polis polkovniki Mahir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.