27 İyul 2024 04:09

Göyçayda dəyirmi masa təşkil olunub-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasının konfrans zalında “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və ictimiayyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül-çiçək dəstələri düzüblər.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasının foyesində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən stendlərə baxış keçirilib.

Dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz  xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, Azərbaycanın  çoxəsrlik dövlətçilik tarixində Ümummilli lider Heydər Əliyev dövrünün  müstəsna yeri vardır.  Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə şişli escort malikdir.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova, Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktor müavini Muxtar Osmanov, RİH başçısının Alxasava və Mırtı kənd inzibati ərazi dairələri üzrə nümayəndələri Xalid İsmayılov, Sahib Əsgərov  bildiriblər ki, Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Azərbaycanın bu gün bütün dünyada 44 günə düşmənə layiqli cavab verən qalib, özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.