16 Sentyabr 2024 22:58

Masallıda yeniyetmə yol qəzasında ÖLDÜ

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadsöz.az-a bildirilib ki, sentyabrın 7-də saat 2 radələrində Ali Mamedov idarə etdiyi VAZ-21074 avtomobili ilə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.