08 Sentyabr 2024 03:46

Prezident İlham Əliyevlə Paşinyanın görüşünün vaxtı ELAN EDİLDİ

Azadsöz.az xəbər verir ki,   Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb.

Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək.

Xatırladaq ki, bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu ilin may ayının 14-də baş tutub.