27 İyul 2024 12:54

Natiq Ağayev Göyçayda sutəmizləyici qurğuda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  13 iyul  2023-cü il tarixdə  Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev Göyçay rayonunun Şəhadət kəndində mövcud olan Göyçay Su-Kanal sahəsinin çirkab sutəmizləyici qurğusunda görülən işlərlə  maraqlanıb.

Görüşdə  RİH başçısı aparatının məsul şəxsləri, Şəhadət kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə  sədri və «Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin  sədri  Soltan  Mahmudov iştirak  edib.

«Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin  sədri  Soltan  Mahmudov  rayon  rəhbərinə  məlumat  verərək  bildirib ki,  Göyçay rayonun Şəhadət kəndində mövcud olan Göyçay Su-Kanal sahəsinin çirkab sutəmizləyici qurğusu suyun  təmizlənməsi  üçün 13  mərhələdən  keçir.Qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu  və yağ ayırıcı kameralar,  bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması  üçün çənlər,  nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya  və digər sistemlər quraşdırılmışdır.Soltan  Mahmudov  vurğulayıb ki,  qurğunun   üstünlüyü  ondan  ibarətdir ki, çirkabdan təmizlənmiş  su  əkin sahələrinin suvarmasında istifadə olunur.

Daha  sonra  rayon rəhbəri  müəssisənin xidməti  laboratoriya otağına  baxış  keçirib, burda  görülən işlərlə  tanış  olub.Kənd  təsərrüfatı  ilə  məşğul  olan  vətəndaşlara  yüksək səviyyədə  xidmət  göstərilməsi  üçün  tapşırıq  və  göstərişlər  verib.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.