08 May 2024 21:44

Fərqliliyimiz Uğurumuzdur

Nahid Bağırov Gəndov kəndində səyyar qəbul KEÇİRDİ-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Sakinlər ilə görüşdə cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş layihələr və qərarlar, eyni zamanda bu istiqamətdə İsmayıllı rayonunda görülən işlər haqqında məlumat verilir.

RİH başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilir, bir hissəsi yerindəcə həll olunur, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilir.