08 May 2024 08:09

Fərqliliyimiz Uğurumuzdur

İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.