Azadsöz.az xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası, Kürdəmir Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzi qan bankının birgə təşkilatçılığı ilə Ailə Sağlamlıq Mərkəzin bölməsində qanvermə aksiyası həyata keçirilib.
Aksiyada əsas məqsəd qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün qan və qan komponentlərinin tədarük olunması, eləcə də vahid qanbankına təqdim edərək onların müalicəsinə tövhə verməkdən ibarətdir. Aksiyada 150 nəfərdən çox rayon sakini könüllü olaraq aksiyada iştirak edib.